Tovuzda maşın aşıb, bir ailənin beş üzvü xəsarət alıb - YENİLƏNİB - FOTO

Tovuzda maşın aşıb, bir ailənin beş üzvü xəsarət alıb - YENİLƏNİB - FOTO
# 26 mart 2021 15:44 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai İx 35" markalı minik maşını yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində maşında olan 5 nəfər - 21 yaşlı Aytac Məmmədov, 70 yaşlı Şöhlə Hüseynova, 20 yaşlı Qorxmaz Məmmədov, 48 yaşlı Lalə Məmmədova və 52 yaşlı Qahirə Qəmbərova xəsarət alıb. Xəsarət alanların hamısı bir ailənin üzvüdür.

Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR