Tovuzda maşınla vurulan 9 yaşlı uşaq ölüb

Tovuzda maşınla vurulan 9 yaşlı uşaq ölüb
# 22 iyun 2020 13:15 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 19-da saat 19 radələrində Tovuz rayonunun Cəlilli kəndi ərazisində Ağstafa rayon sakini R.Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Həsən Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş azyaşlı iyunun 20-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR