Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb - FOTO

Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb - FOTO
  • Clock-gray 21:22
  • calendar-gray 21 Fevral 2020

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir. 

Q.Rəvanın valideynləri APA-ya bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date