Tovuzda piyadanı vuraraq öldürən sürücü hadisədən sonra vəfat edib - YENİLƏNİB

Tovuzda piyadanı vuraraq öldürən sürücü hadisədən sonra vəfat edib - YENİLƏNİB
# 11 dekabr 2020 21:54 (UTC +04:00)

Tovuzda piyadanın ölümünə səbəb olan sürücü, Şəmkir rayonunun Duyərli kənd sakini, 1988-ci il təvəllüdlü Röyal İmanov hadisədən sonra vəfat edib.

APA-nın yerli bürosunun məlumatına görə, o, hadisədən sonra özünü pis hiss edib

İlkin məlumata görə, avtomobilin sürücüsü ürəktutmasından dünyasını dəyişib.

***

21:24

Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətə olan minik maşını ortayaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Piyadanın kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR