Tovuzda qadını bıçaqlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisəni törədən şəxs 1990-cu il təvəllüdlü Hümbətov Musa Aydın oğludur.
Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.
M. Hümbətov Aytəkin Mehtiyevanın həyat yoldaşıdır.
***
saat 15:52
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərinin Nizami Süleymanov küçəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Mehtiyeva Aytəkin Vaqif qızı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.