Tovuzda yanğın olub

Tovuzda yanğın olub
# 14 fevral 2020 17:11 (UTC +04:00)

Tovuzda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əhməd Cavad küçəsində Cəfərova Kəmalə Musa qızına məxsus fərdi yaşayış evinin yardımçı tikilisində qeydə alınıb.

Hadisə yerinə Tovuz yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR