Tovuzda yol kənarında kişi meyiti tapılıb

Tovuzda yol kənarında kişi meyiti tapılıb
# 05 yanvar 2021 09:38 (UTC +04:00)

Tovuzda küçədə kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan 50-55 yaşlı kişinin meyiti rayonun Heydər Əliyev prospektində aşkarlanıb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun kim olması dəqiqləşdirilir. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz Rayon Şöbəsinə təhvil verilib.Ölümün səbəbləri araşdırılır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR