Tovuzda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO

Tovuzda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
  • Clock-gray 23:02
  • calendar-gray 24 Yanvar 2020

 

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

İki minik maşınının toqquşması nəticəsində 4 nəfər – 1965-ci il təvəllüdlü Düz Xırdaxan kənd sakini Hümbətova Gülbəniz Mahal qızı ,1954-cü il təvəllüdlü Düz Cırdaxan kənd sakini Hümbətov Çingiz İsgəndər oğlu,1992-ci il təvəllüdlü Cəlilli kənd sakini Əhmədov Tacəddin Leysan oğlu və 1993-cü il təvəllüdlü Allahverdiyev Gündüz Çingiz oğlu xəsarət alıb.

Yaralıların vəziyyətinin kafi olduğu bildilir. 

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date