Tərtərdə 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb

Tərtərdə 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb
# 14 noyabr 2020 13:39 (UTC +04:00)

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Dördyol-1 qəsəbəsi ərazisində Ağdam rayon sakinləri X. İsrafilzadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla E. Qarayevin idarə etdiyi “Mercedes” və Bərdə rayon sakini Tahir Cəfərovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Qəza nəticəsində, T. Cəfərov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X. İsrafilzadə isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR