Tərtərdə baş vermiş avtoqəzada 6 nəfər xəsarət alıb

Tərtərdə baş vermiş avtoqəzada 6 nəfər xəsarət alıb
  • Clock-gray 00:15
  • calendar-gray 20 İyul 2020

Tərtərdə 6 nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Borsunlu-Hindarx yolunun Tərtərin Qarağacı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobil hərəkətdə olarkən qarşısına at çıxıb. İdarəetmədən çıxan avtomobil qarşıdan gələn "VAZ 2115" markalı digər minik maşını ilə toqquşub. Nəticədə 4 nəfər Tərtər, 2 nəfər Mingəçevir sakini müxtəlif bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda xəsarət alanların kimliyi araşdırılır.

Habil Aslanoğlu

Digər xəbərlər