Tərtərdə evdə yanğın olub, 3 nəfər xəsarət alıb

Tərtərdə evdə yanğın olub, 3 nəfər xəsarət alıb
# 10 dekabr 2020 16:22 (UTC +04:00)

Tərtərdə 2 otaqlı ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Evoğlu kəndində ferma ərazisində ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı yaşayış üçün istifadə olunan tikilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanıq xəsarətləri almış 3 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR