Tərtərdə evdə yığıncaq təşkil edənlər cərimələnib - FOTO

Tərtərdə evdə yığıncaq təşkil edənlər cərimələnib - FOTO
  • Clock-gray 11:35
  • calendar-gray 15 Mart 2021

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kəndində yerləşən fərdi yaşayış evində karantin qaydalarına zidd olaraq yığıncaq təşkil edən şəxslər müəyyən edilib.

Yığıncağın təşkilatçısı da daxil olmaqla, ümumilikdə, 4 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

Səlcuq Elçin

Digər xəbərlər