Tərtərdə məktəbin damını külək uçurub - FOTO

Tərtərdə məktəbin damını külək uçurub - FOTO
# 25 fevral 2020 13:26 (UTC +04:00)

Güclü külək Ağdam, Tərtər və Bərdə rayonlarında fəsadlar törədib.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtər şəhər 6 saylı orta məktəbin dam örtüyünü və rayonun Hacı Qərvənd kəndində bir neçə evin damıı külək uçurub. Həmçinin, güclü külək nəticəsində daş hasar “VAZ 21015” markalı avtomobilin üzərinə uçub.

Bundan başqa güclü külək Ağdamda ağacları kökündən qoparıb.

Oxşar hadisələr Bərdə rayonunda da qeydə alınıb.

Hazırda qeyri sabit hava şəraiti ilə bağlı yaşayış məntəqələrinin çoxuna elektrik enerjisinin verilişi dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR