Tərtərdə polis mayorunu öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Tərtərdə polis mayorunu öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
  • Clock-gray 11:01
  • calendar-gray 21 İyul 2020

Tərtərdə polis mayorunu öldürməyə cəhddə təqsirləndirilən Seyhun Nəcəfovun barəsində olan cinayət işinin istintaqı başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 26-da saat 19 radələrində, Tərtər rayonun Buruc kəndində baş verib. 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov yaşadığı evdə sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Məlumat əsasında hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gəlib. S.Nəcəfov polis əməkdaşına 5 bıçaq zərbəsi vurub. E.Aslanov yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. S.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

Səlcuq Elçin

Digər xəbərlər