Tərtərdə yaşadığı evi tərk edən “COVID-19” xəstəsi saxlanılıb

Tərtərdə yaşadığı evi tərk edən “COVID-19” xəstəsi saxlanılıb
# 11 yanvar 2021 11:28 (UTC +04:00)

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Pərviz Əhmədovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb.

Tərtər RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR