ÜST: Konqo və Qvineyada yayılan Ebola virusu regional risk yaradır

ÜST: Konqo və Qvineyada yayılan Ebola virusu regional risk yaradır
# 16 fevral 2021 05:18 (UTC +04:00)

“Konqo Demokratik Respublikası və Qvineyada yayılan ebola virusu regional risk yaradır”.

APA TASS-a istinadən xəbər verir ki, bunu ÜST-ün Fövqəladə hallar proqramının direktoru Maykl Rayan açıqlamasında deyib.

Üst rəsmisi deyib ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün Qvineya, Sierra Leone, Kot d'İvuar və digər ölkələrdə təcili tədbirlər görülüb: “Bunun üçün çox minnətdarıq. ÜST artıq bir çox Qərbi Afrika ölkəsindəki səlahiyyətlilərlə əlaqə qurub və onlara dəstək olmaq üçün əlindən gələni edir”.

Rayan əlavə edib ki, təmsil etdiyi təşkilat yerli həkimlərə peyvənd və terapiya yardımları göstərmək üçün bölgəyə artıq mütəxəssis qrupu göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR