Ucar sakini əmisini balta ilə vuraraq öldürüb

Ucar sakini əmisini balta ilə vuraraq öldürüb
# 11 iyul 2020 12:15 (UTC +04:00)

Ucar sakini küt alətlə öldürülüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov baş nahiyəsindən aldığı ağır xəsarətlə (balta və ya küt alətlə yetirilməyə xarakterik xəsarət) Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, B. Abbasov qohumları tərəfindən öldürülüb. Faktla bağlı mərhumun qardaşı uşaqları Asif və Vasif Abbasovlar şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR