Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
  • Clock-gray 16:55
  • calendar-gray 11 İyul 2020

Ucarda baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Ucar rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya bir neçə şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması və aldığı  xəsarətlərdən 11 iyul 2020-ci il tarixdə Göyçay rayon mərkəzi xəstəxanasında ölməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

apa-logo-mini

Digər xəbərlər