Ucarda avtomobili yanıb

Ucarda avtomobili yanıb
  • Clock-gray 22:50
  • calendar-gray 21 Fevral 2020

Ucarda minik avtomobili yanıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Yeniyol kəndində qeydə alınıb.

Kənd sakini Şamo Marif oğlu Hacıyevə məxsus minik avtomobili kənd yolunda hərəkətdə olarkən anidən alışaraq yanıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.  Fakt araşdırılır. 

 

Zahid Abışov

Digər xəbərlər

Arxiv

date