Ucarda baş verən yanğında 3000 cücə tələf olub

Ucarda baş verən yanğında 3000 cücə tələf olub
# 28 noyabr 2019 10:30 (UTC +04:00)

Ucarda yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun "29-cu məhəllə" adlanan ərazisində qeydə alınıb. Rayon sakini, 1988-ci il təvəllüdlü Səməd Vahid oğlu Əşrəfova məxsus həyətyanı sahədə olan ümumi sahəsi 135 kvadratmetr olan cücə saxlamaq üçün nəzərdə tutulan tikilidə yanğın baş verib. Yanğın zamanı binanın 100 kvadratmetri və içərisində olan 3000 cücə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində binanın qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR