Ucarda ev yanıb - FOTO

Ucarda ev yanıb - FOTO
  • Clock-gray 14:35
  • calendar-gray 27 Fevral 2021

Ucarda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Gənclik küçəsi, 15 ünvanında baş verib. Rayon sakini, 1939-cu il təvəllüdlü Lida Tağıyevaya məxsus bir mərtəbəli, ümumi sahəsi 190 kvadrat olan evdə güclü yanğın baş verib. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evin 170 kvadratmetri yanıb.

Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.                                                                                                       

Fakt araşdırılır.

Zahid Abışov

Digər xəbərlər