Ucarda icra nümayəndəliyinin və yaşayış binasının dam örtüyünü külək uçurub - FOTO

Ucarda icra nümayəndəliyinin və yaşayış binasının dam örtüyünü külək uçurub - FOTO
# 25 fevral 2020 18:57 (UTC +04:00)

Güclü külək Ucarda fəsadlar törədib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün gündüz saatlarından əsməyə başlayan güclü külək əsasən rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Nəticədə rayon mərkəzi də daxil olmaqla bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Bundan başqa Rayon İcra Hakimiyyətinin Lək kənd ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasının və rayonun Heydər Əliyev prospektində yerləşən 16 mənzilli 2 mərtəbəli yaşayış binasının dam örtüklərini külək uçurub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR