Ucarda karantin qaydalarını pozan çayxana aşkar edilib

Ucarda karantin qaydalarını pozan çayxana aşkar edilib
# 04 yanvar 2021 12:10 (UTC +04:00)

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Çayxananın sahibi və orada olanlardan 7 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR