Ucarda maşın yanıb

Ucarda maşın yanıb
# 22 mart 2021 17:32 (UTC +04:00)

Ucarda minik maşını yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində baş verib. Ucar rayon Qarabörk kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Məmməd oğlu İbrahimovun sürücüsü olduğu "Opel" markalı minik maşını hərəkətdə olarkən anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb, ölən və xəsarət alan olmayıb. Yanğın zamanı maşının salon hissəsi yanıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR