Ucarda minik avtomobili "TİR"la toqquşub, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - FOTO

Ucarda minik avtomobili "TİR"la toqquşub, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - FOTO
# 22 fevral 2020 17:02 (UTC +04:00)

Ucarda yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində ölən şəxsin Gürcüstan vətəndaşı Qərəkməzli Namiq Vahid oğlu olması müəyyən ediulib.

Xəsarət alanlar isə Bakı şəhər sakinləri – sürücü, Eldar Tofiq oğlu Qarayev, Sahib Eldar oğlu Qarayev, Fatimə Sabir qızı Qarayeva və Kamalə Sabir qızı Əliyevadır.

***

saat 16:13

Ucarda baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, xəsarət alanlardan bir nəfəri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

***

saat 16:03

Ucarda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-ci il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Türkiyə vətəndaşının idarə etdiyi "TİR" toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Maşında sıxılmış vəziyyətdə qalan şəxsləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR