Ucarda minik avtomobili mikroavtobusla toqquşub, xəsarət alanlar var - FOTO

Ucarda minik avtomobili mikroavtobusla toqquşub, xəsarət alanlar var - FOTO
# 10 noyabr 2020 14:13 (UTC +04:00)

Ucarda mikroavtobusun iştirakı ilə qəza baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Azərbaycan küçəsində qeydə alınıb. Ucar rayon sakini, 1968-ci il təvəllüdlü Fizuli Məmməd oğlu Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə Suliddin Məhyəddin oğlu Xəlilovun idarə etdiyi mikroavtobus toqquşub.

Nəticədə "VAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü F. Məmmədov və sərnişini, rayonun Alpout kəndində məskunlaşmış məcburi köçkün, 1958-ci il təvəllüdlü Firəngiz Əmiraslan qızı Məmmədova xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR