Ucarda minik və yük maşınları toqquşub, ölən və yaralanan var

Ucarda minik və yük maşınları toqquşub, ölən və yaralanan var
  • Clock-gray 09:49
  • calendar-gray 16 Noyabr 2020

Ucarda ölümlə nəticələnən qəza baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Mübariz İbrahim oğlu Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Gülsoy Serkanın idarə etdiyi yük maşını toqquşub. Nəticədə sürücü M. Rəhimov aldığı ağır xəsarətlərdən ölüb. Maşında sərnişin qismində olan oğlu, 1984-ci il təvəllüdlü Elvin Rəhimov müxtəlif  xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

 

Zahid Abışov

Digər xəbərlər