Ucarda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO
  • Clock-gray 21:28
  • calendar-gray 19 Noyabr 2020

Ucarda bir nəfərin ölümü, bir nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. 

APA -nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi "Hyundai" markalı minik maşını qoşqulu traktora çırpılıb. Nəticədə sərnişin - 1964-ci il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb. "Hyundai"ın sürücüsü F.Səlimovisə xəsarət alıb. 

Hadisə baş verən magistral yolun Gəncə istiqamətində tıxac yaranıb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Zahid Abışov

Digər xəbərlər