Ucarda yük avtomobili yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Pirkənd kəndində "Volvo" markalı qoşqulu yük avtomobilinin qoşqusunun arxa təkərləri və yanar hissələri qismən yanıb. Avtomobil və qoşqusunun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.