Ucarda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Ucarda yük maşını ilə minik avtomobili toqquşub, ölən var
# 16 fevral 2021 13:01 (UTC +04:00)

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Müsüslü kəndi ərazisində Şəmkir rayon sakini E.Həsənovun idarə etdiyi “Volvo” markalı minik və Göyçay rayon sakini C.Hacıyevin idarə etdiyi “İsuzu” markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində E.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR