Ucarda yüklü traktor yanıb - FOTO

Ucarda yüklü traktor yanıb - FOTO
# 19 iyun 2020 17:42 (UTC +04:00)

Ucarda yüklü traktor yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar rayonu Yeniyol kəndində qeydə alınıb. Ağdaş sakini, 1968-ci il təvəllüdlü Yamən Abdullayevin idarə etdiyi otla dolu qoşqulu traktor hərəkətdə olarkən anidən alışıb. Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb.

Traktorda olan 150 ot bağlamasının bir qismi yanıb, qalan hissəsi isə yararsız hala düşüb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR