Ukraynada saxlanılaraq ekstradisiya edilən vəzifəli şəxsin məhkəməsi başlayır

Ukraynada saxlanılaraq ekstradisiya edilən vəzifəli şəxsin məhkəməsi başlayır
# 04 mart 2021 09:02 (UTC +04:00)

Ləğv edilmiş "AG Bank” ASC-nin külli miqdarda mənimsəmədə təqsirləndirilən vəzifəli şəxsləri Namiq Həmidov, Ruslan Quliyev və Pərviz Fərzəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər "AG Bank” ASC-də çalışıblar. Bank ləğv olunandan sonra orada aparılan yoxlamalar zamanı həmin şəxslərin əmələrində cinayət xarakterli hərəkətlər müəyyən edilib. Həmin şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində cinayət işi başlanıb.

İstintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Həmidov Namiq Ramiz oğlunun – 2012-2016-cı illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib “AG Bank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmasına, tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqadarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

N. Həmidov həmin ölkədən qaçıb.

Onun barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinim müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Namiq Həmidov Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR