Vilayət Eyvazov Almaniya səfiri ilə görüşüb

Vilayət Eyvazov Almaniya səfiri ilə görüşüb
# 07 fevral 2020 18:35 (UTC +04:00)

Fevralın 7-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, avropalı diplomatı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən nazir V.Eyvazov ona fəaliyyətində uğurlar arzulayıb.

Dostluq və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR