Vilayət Eyvazov Gəncənin Kəpəz Rayon Polis İdarəsinə rəis təyin edib

Vilayət Eyvazov Gəncənin Kəpəz Rayon Polis İdarəsinə rəis təyin edib
  • Clock-gray 23:03
  • calendar-gray 26 Dekabr 2020

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə şəhərinin Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin edib.

APA-nın yerli bürosunun məlumatına görə, əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Nəvayi Qasımov təyin olunub.

Məlumat üçün bildirək ki, yeni rəis daha öncə Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Kəpəz Rayon Polis İdarəsinin rəisi Vüqar Xəlilov bir müdət əvvəl Ağstafa Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Fuad Nazimoğlu

Digər xəbərlər