Vətəndaşlara qarşı 20 min manatlıq dələduzluq edən şəxs tutulub

Vətəndaşlara qarşı 20 min manatlıq dələduzluq edən şəxs tutulub
# 02 dekabr 2019 12:03 (UTC +04:00)

Bakıda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin mart ayında Bakı şəhər sakini M.Məmmədovun sosial müavinət düzəldəcəyi adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 19.800 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR