Xaçmazda 17 min manatlıq oğurluq edən keçmiş məhkum tutulub - FOTO

Xaçmazda 17 min manatlıq oğurluq edən keçmiş məhkum tutulub - FOTO
# 16 dekabr 2019 12:39 (UTC +04:00)

Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-mart aylarında rayonun Qobuqıraq və Çinartala kəndləri ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Taleh Məmmədov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. T.Məmmədov ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxs kəndlərdə yerləşən üç mağazaya qanunsuz daxil olaraq mağazaların kassalarından ümumilikdə 12999 manat pul, 1200 manat dəyərində danışıq kartları və 452 manat dəyərində tütün məmulatları, həmçinin həmin mağazaların birində quraşdırılan ödəmə terminalını qıraraq içərisində olan 2000 manatdan çox pulu oğurlayıb.

Faktlarla bağlı Taleh Məmmədov barəsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR