Xaçmazda avtomobil qadını vuraraq öldürüb

Xaçmazda avtomobil qadını vuraraq öldürüb
# 03 yanvar 2020 12:04 (UTC +04:00)

Xaçmazda ölümlə nəticələn yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 2-də saat 17 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində şəhər sakini F. Səfərəliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən kənd sakini Zenfira Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR