Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb
# 16 dekabr 2019 10:32 (UTC +04:00)

Xaçmazda avtomobil velosipedçini vurub.

APA-nın məlumatına görə, hadisə rayonun Ziya Bünyadov küçəsində qeydə alınıb.

Rayon sakini Rəşad Nifətliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil yolun əks istiqamətində hərəkət edən velosipedçi Siracəddin Abdullayevi vurub. Nəticədə velosopedçi aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR