Xaçmazda avtomobildə yanğın olub

Xaçmazda avtomobildə yanğın olub
# 28 mart 2020 08:46 (UTC +04:00)

Xaçmaz rayonunda avtomobil yanıb.

APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Niyazoba kəndində qeydə alınıb.

Hadisə zamanı “VAZ” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR