Xaçmazda avtomobillə vurulan azyaşlı ölüb

Xaçmazda avtomobillə vurulan azyaşlı ölüb
  • Clock-gray 13:07
  • calendar-gray 02 Noyabr 2020

Xaçmazda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 31-də saat 19.00 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Ağyazı Buduq kənd sakini N.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini azyaşlı Həmzəlini vurub. Qəza nəticəsində uşaq hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər