Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb

Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb
# 08 aprel 2020 13:17 (UTC +04:00)

Xaçmaz rayonunda yaşayış evi yanıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nərəcan kəndində qeydə alınıb.

Kənd sakini İslam Musayevə məxsus ikimərtəbəli evdə başlayan yanğını söndürmək üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR