Xaçmazda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb

Xaçmazda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb
# 26 dekabr 2020 09:29 (UTC +04:00)

Xaçmazda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

E.Səfiyevin və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR