Xaçmazda maşın oğurlayan şəxs tutulub

Xaçmazda maşın oğurlayan şəxs tutulub
# 14 oktyabr 2019 14:30 (UTC +04:00)

Xaçmazda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində F.Quliyevə məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Rəsulov saxlanılıb və o, hadisəni törətməsini etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR