Xaçmazda qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb

Xaçmazda qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb
# 08 yanvar 2021 16:46 (UTC +04:00)

Polis əməkdaşları Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış nəticəsində 9 nəfərdən ibarət dəstə saxlanılaraq, istintaqa cəlb edilib. Saxlanılan şəxslərdən hər birinin qiyməti 220 manat dəyərində olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-ci (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi qaldırılaraq zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR