Xaçmazda saxlanan zaman özünə xəsarət yetirən şəxs ölüb

Xaçmazda saxlanan zaman özünə xəsarət yetirən şəxs ölüb
  • Clock-gray 12:28
  • calendar-gray 28 May 2020

 Xaçmazda polis tərəfindən saxlanan zaman özünə xəsarət yetirən şəxs xəstəxanada ölüb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, mayın 27-də Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Mirəli Aydəmirovdan narkotik maddə götürülüb: "Saxlanılan şəxs polisdən yayınmaq məqsədilə saxlanılarkən özünü yerə çırpıb, baş və bədənini yerə vurub. Nəticədə M. Aydəmirov müxtəlif bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Mirəli Aydəmirovun həyatını xilas etmək mümkün olmayıb".

E. Zahidov bildirib ki,  hazırda faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Səlcuq Elçin

Digər xəbərlər