Xaçmazda tanışını yandıran şəxsin məhkəməsi başlayır

Xaçmazda tanışını yandıran şəxsin məhkəməsi başlayır
# 22 yanvar 2021 10:24 (UTC +04:00)

Xaçmazda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Vüsal Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il may ayında baş verib. Xaçmaz rayonu, Uzunoba kənd sakini, 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində tanışı olan Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N.Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

V.Kərimova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR