Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi  saxlanılıb
  • Clock-gray 10:12
  • calendar-gray 08 Aprel 2021

Xaçmaz polisi tərəfindən keçirilən əməliyyat tədrbirləri nəticəsində COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən xəbərə görə, Xaçmaz rayon sakini Zəki İskəndərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Daha sonra polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, rayon ərazisində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

 

Sail Ağasəlim

Digər xəbərlər