Xaçmazda yol qəzasında xəsarət alan şəxslərdən biri dünyasını dəyişib - YENİLƏNİB

Xaçmazda yol qəzasında xəsarət alan şəxslərdən biri dünyasını dəyişib - YENİLƏNİB
# 21 iyun 2020 00:12 (UTC +04:00)

Xaçmaz rayonunda iki maşının toqquşması nəticəsində xəsarət alan şəxslərdən biri ölüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 44 yaşlı Xaçmaz rayonu, Mürşüdoba kənd sakini Zakir Pirverdiyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

***

17:13

Bu gün günorta saatlarında Gəndob-Yalama yolunda qəza baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 33 km-də, Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Azsamand" markalı nəqliyyat vasitəsi ilə "Renault" markalı maşın toqquşub.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR