Xaçmazda yük maşını 55 yaşlı qadını vuraraq öldürüb

Xaçmazda yük maşını 55 yaşlı qadını vuraraq öldürüb
# 03 iyun 2020 12:16 (UTC +04:00)

Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza şəhərin Atatürk küçəsində qeydə alınıb. Xaçmaz rayon sakini Əli Bəşirova məxsus “Mersedes” markalı yük maşını 1965-ci il təvəllüdlü Ələsgərova Xanım Ələnur qızını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR