Xırdalan sakinindən avtomat götürülüb

Xırdalan sakinindən avtomat götürülüb
# 19 mart 2021 12:40 (UTC +04:00)

Xırdalan sakinindən qanunsuz silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini C. Məmmədovdan nömrəsi silinmiş “AKM” markalı avtomat, 2 ədəd patron darağı, 43 ədəd müxtəlif çaplı patron və 1 ədəd giliz götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR